Nə qədər istəyirsən AL, nə qədər istəyirsən SAT !!!
Bazar böyük həcmdə pul dövriyyəsinə malikdir ki, bu da müəyyən zaman anına, mövcud kotirovka ilə istənilən həcmdə ticarət əməliyyatlarının icrasını mümkün edir. Yüksək likvidlik səviyyəsi hər bir investor üçün cəlbedici faktordur. Belə ki, bazar iştirakçıları istənilən həcmdə ticarət əməliyyatının icrasında tam sərbəstdirlər.
Nə vaxt istəyirsən GİR, nə vaxt istəyirsən ÇIX !!!
Bazarın 24 saatlıq iş rejimi sayəsində Forex iştirakçıları ticarət əməliyyatlarını günün istənilən vaxtı icra edə bilərlər.
Harada, nə ilə, nə cür istəyirsən iştirak et !!!
Şəxsi kompüter və ya mobil telefon kimi minimal texniki resurslara sahib olmaqla dünyanın istənilən nöqtəsindən bu bazarda sərbəst iştirak edə bilərsiniz.
Hamısı sənin...
Forex bazarında ticarət zamanı bir qayda olaraq valyuta cütünün alış və satış qiymətləri (bid/ask) arasındakı fərq istisna olmaqla heç bir komisyon haqq ödənilmir. Başqa sözlə, əməliyyatlardan qazanılmış mənfəət tam şəkildə hesabınıza əlavə edilir.
İmkan həmişə var...
Valyuta qiymətlərinin dəyişməsi kifayət qədər aydın istiqamətə malikdir ki, bu da müxtəlif analiz metodlarından (fundamental, texniki, qrafik, kompüter) istifadə etməklə qiymət dəyişikliklərini əvvəlcədən proqnozlaşdırmağa imkan yaradır.
Bölməsiz 45
Forex bazarı (FOReign EXchange market) — dünyanın
ən iri maliyyə bazarıdır. Bu bazarda gündəlik dövriyyə həcmi 3 trilyon dollardan çoxdur. Bazar günün 24 saatı fəaliyyət göstərir. Bu fəaliyyət birjanın müəyyən olunmuş iş saatlarından asılı deyil və ticarət əməliyyatları dünyanın ayrı-ayrı nöqtələrində yerləşən banklar arasında aparılır. Faktiki olaraq Forex böyük «Exchange» -dir (valyuta mübadilə məntəqəsi), mübadilə məntəqələri isə hər bir insana tanışdır.
Valyuta mübadilə məntəqəsini şəxsən ziyarət etməniz və buna zaman ayırmanız gərəkdiyi halda Forex — bir neçə saniyə ərzində, İnternet vasitəsilə valyuta alqı-satqı əməliyyatlarını icra etməyə imkan yaradan beynəlxalq valyuta bazarıdır.
Valyuta bazarının əsas üstünlüyü ondadır ki, Siz evinizdə və ya iş yerinizdə kompüter arxasında oturaraq, internet vasitəsilə həm valyutaların gün ərzində qiymət dəyişikliklərini izləyə, həm də real zaman rejimində valyuta alqı-satqı əməliyyatları icra etmək imkanına maliksiniz. Bunun üçün Siz, broker şirkətlərinin birində >>> Real Ticarət Hesabı <<< açmalısınız. Hətta 300$ — dan başlamaqla bu vəsaitdən bir neçə dəfə artıq həcmdə əməliyyatlar icra etmək imkanına maliksiniz. Broker şirkətləri tərəfindən təqdim edilən kredit çiyni (məsələn: 1:100) depozit məbləğinizdən 100 dəfə artıq həcmdə əməliyyatlar icra etməyinizə imkan yaradır. Başqa sözlə, Ticarət Hesabınızda 1000$ vəsaitin olması 100 000$ həcminədək əməliyyatlar icra etməniz üçün kifayətdir. Bu halda qiymətlərin 1 sent dəyişməsi Sizə 1000 $ gəlir qazandıra bilər!!!
Bu biznesdə qazana biləcəyiniz mənfəət həcmi digər bizneslərlə müqayisədə kifayət qədər böyükdür.
Əgər Siz bu sahəyə 100 000$ — 1 000 000$ həcmində investisiya etməyi düşünürsünüzsə, böyük ehtimalla çox qısa müddətdən sonra bu sahəyə yerləşdirdiyiniz sərmayənin bu günədək etdiyiniz ən uğurlu investisiya qərarı olduğuna bir daha əmin olacaqsınız. Forex ticarətində ofis və ya anbar kirayəsi, işçilərə əmək haqqı, reklam xərcləri, məzuniyyət və gömrük ödənişləri kimi xərclərdən azadsınız. Ən başlıcası isə bu biznesdə rəqabət anlayışı yoxdur: Forex — yeganə biznes növüdür ki, burada heç bir iştirakçı bir-birinə qarşı rəqib deyildir. Bundan əlavə, ticarət əməliyyatlarının icra üslubundan asılı olaraq illik mənfəət həcmi 70 — 350% arasında dəyişə bilər ki, bu da hər bir biznes üçün nümunəvi göstəricidir.
Bölməsiz 42
Valyuta qiymətlərinin hətta cüzi dəyişikliyindən belə mənfəət qazanılması mexanizminə diqqət yetirin. Bunun üçün bir qədər səbirli olub bu bölməni sonadək oxumalısınız – və Siz bunun nə qədər sadə olduğuna bir daha əmin olacaqsınız! Beləliklə, başlayırıq.
Forex bazarında ticarət fəaliyyətinin başlıca prinsipi valyuta cütlərinin bir-birinə qarşı alınması və ya satılmasıdır. Bütün ticarət əməliyyatları marjinal ticarət prinsipi əsasında və kredit çiyni təqdim edilməklə həyata keçirilir (1:50, 1:100, 1:200 və s.). Daha aydın təsəvvür yaranması üçün misala baxaq. Tutaq ki, kredit çiyni 1: 100 nisbətindədir. Bu dəstək alış-satış əməliyyatlarını bu əməliyyatların həyata keçirilməsi üçün tələb edilən vəsaitdən 100 dəfə az məbləğlə icra etməyə imkan yaradır. Məsələn: amerikan dollarına qarşı 100 000 avro almaq istəyirsinizsə, başqa sözlə 1.3100 qiyməti ilə 1lot EUR/USD almaq istəyirsinizsə bunun üçün hesabınızda $131 000 deyil, bu vəsaitin sadəcə 1% -i - $1310 girov məbləğin olması kifayətdir.
Forex bazarının əsas aspektləri
Valyuta kotirovkası – bir valyutanın digər valyutada ifadə olunmuş qiymətini əks etdirir (daha sadə ifadəylə - bir valyutanın digər valyutadan nə qədər baha olduğunu göstərir. Yuxarıdakı misalda EUR/USD cütünün 1.3100 qiyməti avronun dollardan 1.31 dəfə baha olduğunu göstərir;
Broker tərəfindən təqdim edilən sadə kotirovka nümunəsi aşağıdakı şəkildə təsvir edilir: 1.3100/1.3103 –Bid/Ask qiymətləri.
Bid (Bid) — satış qiymətidir (bu qiymətlə valyuta cütünü sata bilərsiniz)
Ask (Аsк) — alış qiymətidir (bu qiymətlə valyuta cütünü ala bilərsiniz)
Spread (Spred) — Bid və Ask qiymətləri arasındakı fərqdir (brokerin maddi maraqlarını ifadə edir – bizim misalda 1.3103 - 1.3100 = 0.0003, 3 punkt (3 pips, 3 points))
Lot — ticarət əməliyyatının həcm ölçüsü.
1 lot — 100 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 100 000 EUR)
0.1 lot — 10 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 10 000 EUR)
0.5 lot — 50 000 baza valyutası və s.
Point (Punkt, pips) — valyuta qiymətinin minimal dəyişməsi, qiymət addımı.
1 point — 0.01 sent
1 point — $0.0001
Bölməsiz 44